04.05.2017 16:25
2002

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Norveç yığması ilə keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.
Norveç – Azərbaycan qarşılaşması sentyabrın 1-də Oslo şəhərindəki Ullevaal stadionunda keçiriləcək. Oyun yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 22:45) başlayacaq.