04.05.2017 16:46
2069
2069
Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona: "Özünüzü "Napoli"nin baş məşqçisi kimi görürsünüzmü?" sualına aydınlıq gətirib. Maradona ona ünvanlanan bu suala belə cavab verib: "Napolinin baş məşqçisi olmaq? Əgər camaat istəsə, əlbəttə".
Qeyd edək ki, Maradona 1984-cü ildən 1991-ci ilədək bu klubda çıxış edib. O, "Napoli"nin heyətində iki dəfə İtaliya çempionu olub, bir dəfə kubok və superkuboka yiyələnib, həmçinin UEFA-nın kubokuna sahib olub. Yeri gəlmişkən, 56 yaşlı Maradona bir neçə komandada - "Mandiyu", "Rasinq Avelyaneda", "Al-Vasl" baş məşqçi kimi fəaliyyət göstərib. O, 2008-2010-cu illərdə Argentina yığmasının da sükanı arxasında olub.