04.05.2017 23:04
1872
1872
Tural Axundovu heyətinə qatan "Sumqayıt" Futbol Klubu 2016/2017 mövsümü üçün növbəti transferini həyata keçirib. Komanda son olaraq, "Neftçi"də çıxış etmiş Cavid İmamverdiyevi heyətinə qatıb. 26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Cavid "Neftçi"dən başqa, "Karvan" və "Elazığspor"un da şərəfini qoruyub.