1903
Bu gün Azərbaycanda futbol mövsümünün son matçı keçiriləcək. İslam Həmrəyliyi Oyunları ilə əlaqədar əvvəlki illərlə müqayisədə daha qısa olan cari mövsümə Naxçıvanda yekun vurulacaq. Azərbaycan kubokunun final matçı Muxtar Respublikada baş tutacaq. Həlledici görüşdə “Qarabağ”la “Qəbələ” qarşılaşacaq ki, bu əyalət təmsilçiləri mövsümdə 5-ci görüşü olacaq. Ardıcıl 4-cü dəfə çempionluğu bayram edən “Qarabağ” Naxçıvana “Qızıl dubl” ardınca yollanıb. Qurban Qurbanovun yetirmələri son iki ildə olduğu kimi, yenə kuboku başı üzərinə qaldırsa, Azərbaycan futbolunda yeni tarix yazacaq. Əyalət təmsilçisi həm ardıcıl 3-cü dəfə kubok qazanan, həm üç mövsüm “Qızıl dubl”ları sıralayan ilk Azərbaycan komandası olacaq.
“Qəbələ” də Naxçıvanda ilk gerçəkləşdirmək iddiasındadı. Roman Qriqorçukun yetirmələri kuboku başı üzərinə qaldırsa, tarixində ilk titula yiyələnəcək.
Azərbaycan kuboku
Final
5 may
16:00. “Qarabağ” – “Qəbələ”
Naxçıvan. Şəhər stadionu