bazar ertəsi, 12 yanvar 2026

DÜNYA FUTBOLU

“Buffon bir neçə dəfə vacib qurtarışlar etdi"

05.05.2017 08:25 Oxundu 1824

“Bir az təcrübəsiz olduğumuz hiss olunurdu. Amma ən böyük problemimiz əlimizə düşən fürsətlərdən yararlana bilməməyimiz idi”. Bu sözləri "Monako"nun futbolçusu Kilian Mbappe Çempionlar Liqasının yarımfinalında "Yuventus"a uduzduqları (0:2) oyundan sonra deyib.

Gənc hücumçu cavab oyununda rəqib qapıçısı Canluici Buffonu məyus edəcəyinə inandığını bildirib: “Buffon bir neçə dəfə vacib qurtarışlar etdi. “Yuventus” isə iki dəfə hücuma çıxdı və hər ikisində qapımızda qol gördük. Bu oyundan dərs çıxarmalıyıq. İnanıram ki, cavab oyununda Buffona qol vura bilərik”