bazar ertəsi, 12 yanvar 2026

DÜNYA FUTBOLU

"Real" cavab oyununda müdafiədə oturmayacaq

05.05.2017 13:35 Oxundu 1945

"Real"ın" müdafiəçisi Daniel Karvaxal Çempionlar Liqasının yarımfinal mərhələsində komandasının "Atletiko" ilə cavab oyununda müdaifədə oturmayacağına əmin olduğunu bildirib: "Real" "Atletiko" ilə oyunda qələbəyə oynayacaq. Buna bizi məcbur edir bizim klubun gerbidir".

Qeyd edək ki, "Real"-"Atletiko" qarşılaşmasının ilk oyunu 3:0 hesabı ilə "kral klubu"nun xeyirinə nəticələnib.

Karvaxala gəlincə isə, o cavab oyununda komandasına kömək edə bilməyəcək. Buna səbəb ilk oyunda zədə almasıdır. İlkin proqnozlara görə, o, 3-4 həftə əsas heyətə qoşula bilməyəcək.

Cavab oyunu mayın 10-da keçiriləcək.