05.05.2017 13:49
2048
2048

"Monako"nun hücumçusu Kilian Mbappe öz gələcək karyerasını müəyyənləşdirib. Qərb mətbuatının verdiyi məlumata görə, o, Madridin "Real" komandasında çıxış etmək niyyətindədir və artıq bununla bağlı "kral klubu" ilə razılığa gəlib. O da bildirilir ki, "Real" bu mövsümdə Mbappenin bütün oyunlarını izləyib və onun komandaya faydalı olacağını bildirilib.
Qeyd edək ki, "Mançester Yunayted" də Kilian Mbappe ilə maraqlanmış və 85 milyon avroya onu almaq istəmişdi, lakin "Monako" 120 milyon tələb etmişdi.
Mbappenin komandası ilə müqaviləsi 2019-cu ilə qədərdir.