bazar ertəsi, 12 yanvar 2026

BİZİM FUTBOL

Röya Ayxan: "Desəm ki, futbol həvəskarıyam, yalan olar"

05.05.2017 14:17 Oxundu 2154

“Futbolu izləmirəm. PFL-lə bizi sadəcə əməkdaşlıq bağlayır”. Bu sözləri tanınmış müğənni, bu gün ölkə kubokunun finalı çərçivəsində keçiriləcək “Qarabağ” - “Qəbələ” matçından öncə konsert proqramı ilə çıxış edəcək Röya Ayxan deyib.

O, oğlunun futbol həvəskarı olduğunun bildirib: “Desəm ki, futbol həvəskarıyam, yalan olar. Yaxşı futbolçuların yanında yaxşı da müğənni olmalıdır. Oğlum futbolun manyakıdır. Milli komandamızın, klublarımızın oyunlarının nəticələrindən xəbərim olur. Baxmağa vaxt tapmıram”.

Maraqlıdır, qarabağlı olan Röya bu gün keçiriləcək finalda hansı komandaya azarkeşlik edəcək: “Qarabağlı olsam da, bu gün həm “Qarabağ”a, həm də “Qəbələ”yə azarkeşlik edəcəyəm. Kim güclüdürsə, o da qalib gəlsin” (futbolxeber.az).