2829
Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı davam edir.
Güləşçilərimiz ilk 3 yarış günündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb. Mariya Stadnik (48 kq) və Giorgi Edişeraşvili (57 kq) qızıl, Murad Süleymanov (74 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (60 kq) bürünc medala sahib olub.
Dördüncü yarış günündə 58 və 69 kq qadın, 70 və 125 kq çəkidə isə sərbəst güləşçilər mübarizə aparıb.
58 kq-da mübarizə aparan Nataliya Sinişin ilk görüşdə İtaliyadan olan rəqibini tam üstünlüklə məğlub edib. Norveç təmsilçisi ilə gərgin keçən görüşü uduzan güləşçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə haqq qazanıb. Bu görüşdə Polşa idmançısını mübarizədən kənarlaşdıran Nataliya bürünc medal şansını qoruyub. Həlledici görüşdə onun rəqibi Macarıstan idmançısı olacaq.
69 kq çəkidə yarışan Elis Manolova ardıcıl Yunanıstan və İsraildən olan rəqiblərini üstələyib. Yarımfinalda Rusiya idmançısına uduzan təmsilçimiz bürünc medal uğrunda görüşə çıxacaq. Həlledici görüşdə onun rəqibi Fransa idmançısı olacaq.
İlk görüşündə İtaliyadan olan rəqibinə uduzan Ruslan Dibirhacıyev (70 kq) rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə haqq qazanıb. Moldova idmançısını üstələyən Ruslan bürünc medal uğrunda mübarizə aparacaq. Bu dəfə onun rəqibi Rumıniya təmsilçisi olacaq.
125 kq çəkidə mübarizə aparan Cəmaləddin Məhəmmədov ardıcıl olaraq Belçika, Ermənistan və Slovakiyadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Qızıl medal uğrunda görüşdə onun rəqibi Türkiyə idmançısı Taha Akgül olacaq.
Bakı vaxtı ilə saat 21:00-da başlayacaq final görüşləri AZTV və İdman Azərbaycan kanalından canlı yayımlanacaq.
58 kq
Bürünc medal görüşü - Nataliya Sinişin - Emese Baraka (HUN)
Təsəlliverici görüş - Katarzyna Madrovska (POL) - Nataliya Sinişin 0:10
1/4 final - Grace Jacob Bullen (NOR) - Nataliya Sinişin 4:2
1/8 final - Carola Rainero (İTA) - Nataliya Sinişin 0:4 (tuşe 68 san.)
69 kq
Bürünc medal görüşü - Koumba Selene Fanta Larroque (FRA) - Elis Manolova
1/2 final - Anastasia Bratçikova (RUS) - Elis Manolova 10:0
1/4 final - Elis Manolova - İlana Kratysh (İSR) 3:0
1/8 final - Agoro Papavasileiou (GRE) - Elis Manolova 3:6
70 kq
Bürünc medal görüşü - Ruslan Dibirhacıyev - Adrian İonut Moise (ROU)
Təsəlliverici görüş - Ruslan Dibirhacıyev - Mihail Sava (MDA) 7:0
1/8 final - Ruslan Dibirhacıyev - Frank Çamizo (İTA) 0:6
125 kq
FİNAL - Cəmaləddin Məhəmmədov - Taha Akgül (TUR)
1/2 final - Soslan Gagloev (SVK) - Cəmaləddin Məhəmmədov 0:7 (tuşe)
1/4 final - Cəmaləddin Məhəmmədov - Levan Berianidze (ARM) 3:1
1/8 final - Qadjimurad İstapayev (BEL) - Cəmaləddin Məhəmmədov 2:11
Görüşləri aşağıdakı linkdən də canlı izləmək mümkündür.
https://livestream.com/unitedworldwrestling/events/7343732 --- A
https://livestream.com/unitedworldwrestling/events/7343740 --- B
https://livestream.com/unitedworldwrestling/events/7343746 --- C