bazar ertəsi, 12 yanvar 2026

DÜNYA FUTBOLU

FİFA Messiyə verilən cəzanı ləğv edib

05.05.2017 16:50 Oxundu 1623

Argentina millisinin kapitanı Lionel Messiyə verilən cəza ləğv edilib. Bu haqda FİFA rəsmi saytı vasitəsilə xəbər verib.

Ali futbol qurumu ulduz futbolçunun martın 23-də Çiliyə qarşı keçirilən DÇ-2018-in seçmə mərhələ matçından sonra yan xətt hakimini təhqir etdiyini əsas gətirərək, onu 4 oyunluq diskvalifikasiya etmişdi. Argentina Futbol Federasiyası və futbolçu özü buna rəsmi şəkildə etiraz etmişdi.

Bu gün oyunçunun vəkili FİFA-nın mənzil qərargahında müdafiə verib. Leo özü də canlı bağlantı quraraq, müzakirələrdə iştirak edib. Bundan sonra FİFA Messinin cəzasının ləğvinə qərar verib. Bu isə o deməkdi ki, cəza ucbatından artıq 1 oyunu buraxan 30 yaşlı superulduz Argentina millisinin seçmə mərhələnin son 4 görüşündə meydana çıxa biləcək.

Qeyd edək ki, 14 turdan sonra aktivində 22 xalı olan Argentina yığması turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.