bazar ertəsi, 12 yanvar 2026

BİZİM FUTBOL

Roman Qriqorçuk: "Bu gün rəqib güclü idi"

05.05.2017 19:17 Oxundu 1709

Azərbaycan kubokunun finalında baş tutan “Qarabağ” – “Qəbələ” matçından (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Qarabağ”ı təbrik edirəm. Nəticə oyuna görə oldu. Bu gün rəqib güclü idi. Nəyin necə olacağını əvvəldən təxmin etmək mümkün deyil. Fiziki cəhətdən gücümüzün çatmadığını deməzdim. Bütün mövsümü indi burda təhlil edə bilmərəm. İndi yalnız bugünkü oyun barədə danışmaq olar. Finaldakı məğlubiyyətin əsas səbəbini dedim. Təbii ki, qarşılaşmanı tam təhlil edəcəyik. “Qarabağ”la eyni şərtlər altında oynadığımızdan meydança barədə danışmağa dəyməz. Vəziyyətə uyğun hərəkət etmək lazımdır”.