bazar ertəsi, 12 yanvar 2026

BİZİM FUTBOL

Qurban Qurbanov: "Ardıcıl üç mövsüm “qızıl dubl” etmək böyük arzu idi"

06.05.2017 06:38 Oxundu 1621

Azərbaycan kubokunun finalında “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəldikləri final oyunundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Baş məşqçimiz qarşılaşmaya belə şərh verib:

"Komandamı təbrik edirəm. Ağır mövsüm keçirdik. Ardıcıl üç mövsüm “qızıl dubl” etmək böyük arzu idi. Çox şükür, hər şey ürəyimizcə oldu. “Qəbələ”yə də təşəkkür edirəm. Yaxşı oyunlarımız oldu. Matçdan razı qaldım. Komanda qələbə üçün hər şeyi etdi. Çox çalışıb uğurlarımızı davam etdirməyə çalışacağıq. Ardıcıl 3 dəfə "qızıl dubl" etmək bizim işimizdi, bunu öz komandamıza, qarabağlılarımıza həsr edirəm".