bazar ertəsi, 12 yanvar 2026

DİGƏR NÖVLƏR

Türkiyə 345, İran 300 idmançı ilə gəlir

06.05.2017 11:52 Oxundu 1941

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Türkiyə 345 idmançı ilə təmsil olunacaq. Bundan başqa, idman üzrə 50 məsul şəxs də heyətə daxil edilib.Rəsmi məlumata görə, onlar 14 idman növü üzrə yarışlarda güclərini sınayacaqlar. Yarışlarda iştirak edəcək idmançılardan 207-si kişi, 138-i qadındır.

İran İslam Respublikasını isə 300 idmançı təmsil edəcək. Bu barədə İranın Milli Olimpiya Komitəsinin sədri Şahrux Şahnazi məlumat verib. O bildirib ki, İran komandasının bayraqdarı tüfəngdən güllə atıcılığı üzrə London Olimpiadasının qızıl medal mükafatçısı Məhluqə Yanbozorg olacaq.