2159
Bu gün İspaniya La Liqasında XXXVI turun növbəti oyunları keçiriləcək. Lider "Barselona" ilə ən yaxın izləyicisi "Real"ı bu turda müxtəlif səviyyəli oyunlar gözləyir. Kataloniyalılar evdə Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirən "Vilyarreal"ı qəbul edəcək. "Real" isə səfərdə autsayderlər sırasında qərarlaşmış "Qranada" ilə üz-üzə gələcək.
"Real"ın baş məşqçisi bu matçda iştirak edə biləcək heyəti artıq müəyyənləşdirib: qapıçılar - Kiko Kasilya və Ruben Yanes, müdafiəçilər - Ramos, Naço, Marselo, Koentrau, Danilo, yarımmüdafiəçilər - Kroos, Xames, Kasemiro, Kovaçiç, Modriç, Asensio, İsko, hücumçular - Benzema, Lukas Baskes, Mariano, Morato.
İştirakçılar ərizəsindən göründüyü kimi bu matçda Ronaldo və qapıçı Keylor Navas iştirak etməyəcək.