cümə axşamı, 23 aprel 2026

BİZİM FUTBOL

Gəncədə İslamiadanın simvolu canlandırılıb

06.05.2017 14:25 Oxundu 2099

“IV İslam Həmrəyliyi Oyunları” ərəfəsində Gəncədə təşkil olunan möhtəşəm fləşmob 6 min gəncin iştirakı ilə keçirilib. "Yeniavaz" xəbər verir ki, Gəncənin ümümtəhsil məktəblərinin şagirdləri şəhərin Heydər Əliyev adına baş meydanına toplaşaraq idman bayramının sevincini yaşayıblar. Gənclər simvolu yaratmaqla gənclər sülh və həmrəylik çağırışları ətrafında birləşdiklərini dünyaya nümayiş etdiriblər.

Nümayiş olunan canlı loqo Gəncə Dövlət Universitetinin dördüncü kurs tələbəsi Mobil Qarayev tərəfindən hazırlanıb. Onun layihəsi əsasında 2015-ci ildə eyni məkanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə dahi rəhbərin portreti və 10 min 152 gənc tərəfindən “Bakı-2015” birinci Avropa Oyunlarının loqosu canlandırılıb. Ötən il isə “Gəncə - 2016 Avropa Gənclər Paytaxı”nın loqosu nümayiş etdirilib.

Vüqar Nəbiyev Gəncə