cümə axşamı, 23 aprel 2026

DÜNYA FUTBOLU

Luis Enrikeyə əvəzləyici tapılıb

07.05.2017 15:05 Oxundu 1926

“Barselona”nın baş məşqçisi Luis Enrikeyə əvəzləyici tapılıb. Bunu “Barselona”nın vitse-prezidenti Jordi Mestre deyib. Bununla belə, o, yeni baş məşqçinin adını çəkməyib. J. Mestre qeyd edib ki, L. Enrikeyə hörmət əlaməti olaraq qərarı indi açıqlamayacaq. L. Enrike mart ayında bəyan etmişdi ki, mövsümün sonunda klubda baş məşqçi vəzifəsindən gedəcək. Onun əvəzləyəcək namizədlər arasında L. Enrikenin assistenti Xuan Karlos Unsue, Ernesto Valverde (“Atletiko”) və Ronald Kumanın (“Everton”) adı çəkilir. “Barselona”nın bir çox futbolçusu L. Enrikenin assistenintinin namizədliyini dəstəkləyir.