bazar ertəsi, 12 yanvar 2026

BİZİM FUTBOL

İslamiada: Azərbaycan U-23 – Kamerun U-23

08.05.2017 06:49 Oxundu 2672

Bu gün IV İslam Həmrəylik oyunlarında futbol yarışlarına start veriləcək. Rəsmi açılış mərasimi mayın 12-də olacaq Oyunlarda U-23 millimiz ilk görüşünü Kamerunlu həmyaşıdlarına qarşı keçirəcəklər. Bu yaş qrupundan olan yığmamız yeni formalaşdığından komandanın hansı vəziyyətdə olması haqqında fikir yürütmək çətindir. Ancaq Yaşar Vahabzadənin komandası doğma meydan amilindən yararlanaraq mümkün qədər uğurlu çıxış etməyi hədəfləyir. Heyətində üç nəfər 23 yaşdan daha böyük futbolçu olan yığmamızın əsası “Qarabağ” və “Qəbələ”nin gənc futbolçularından qurulub. Kamerun U-23 millisi isə ölkəmizdə artıq bir dəfə matça çıxıb. Afrikalılar “Sumqayıt”a qarşı keçirdikləri yoxlama oyunundan 2:2 hesablı bərabərliklə ayrılıblar.“Bayıl Arena”da baş tutacaq oyun saat 18:30-da start götürəcək.Qeyd edək ki, qrupdakı digər matçda Səudiyyə Ərəbistanı ilə Mərakeş üz-üzə gələcəklər.

Futbol yarışında səkkiz komanda mübarizə aparacaq. Ev sahibi Azərbaycan ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair milliləri qələbə uğrunda yarışacaqlar.

Azərbaycan millisi ev sahibi olduğu üçün “A” qrupunda yer alıb. Bu qrupda milli komandamızın rəqibləri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeş milliləri olub. “B” qrupunda isə Türkiyə, Əlcəzair, Oman və Fələstin yığma komandaları yarışacaqlar.

“Bakı-2017”nin futbol yarışında hər bir komandanın heyəti 23 yaşadək futbolçulardan ibarət formalaşdırılıb. Bununla yanaşı, yaşı 23-dən yuxarı olan üç futbolçu da heyətdə yer alacaq.

Futbol üzrə Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarında ilk dəfə çıxış edəcək.

İslam Həmrəylik Oyunları

Futbol

A qrupu

18:30. Azərbaycan U-23 – Kamerun U-23

10:30. Səudiyyə Ərəbistanı U-23 – Mərakeş U-23