bazar ertəsi, 12 yanvar 2026

BİZİM FUTBOL

Yaşar Vahabzadə: "Kamerun komandası ilə oyuna hazırıq"

08.05.2017 08:04 Oxundu 1976

Azərbaycan Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında İslam dünyasının ən yaxşı futbol komandaları ilə mübarizə aparacaq. Bazar ertəsi keçiriləcək ilk futbol oyununda yığma komandamız Kamerunla qarşılaşacaq.

Qaydalar Olimpiya Oyunlarında tətbiq edilən qaydalarla eynidir, belə ki, hər bir komandada yaşı 23-dən yuxarı olan 3 oyunçunun yer almasına icazə verilir.

Tədbirə ev sahibliyi edən ölkə əvvəllər heç vaxt futbol yarışlarında iştirak etməyib və Oyunlarda Türkiyə, Əlcəzair kimi ölkələrin futbol yığmaları ilə və Mərakeşin öz çempionluq titulunu müdafiə edəcək futbolçuları ilə mübarizə aparmalı olacaq.

Dörd il bundan əvvəl Mərakeş komandası İndoneziya komandasına 2-1 hesabı ilə qalib gəlmişdi. Bu, 2005-ci ildə Səudiyyə Ərəbistanı yığmasına 1-0 hesabıyla məğlub olan bir komanda üçün çox yaxşı nəticədir.

A Qrupuna daxil olan iki keçmiş qalib – Səudiyyə Ərəbistanı və Mərakeş arasında ilk oyun bazar ertəsi günü səhər saatlarında AZAL Arenada təşkil ediləcəyi halda, hər kəsin diqqəti yerli idmançıların Bayıl Arenada Kamerun komandası ilə qarşılaşmasına yönələcək.

Dünyanın ən sevilən idman növü klub komandaları, eləcə də son illər ərzində xeyli təkmilləşmiş milli komanda səviyyəsində Azərbaycanda inkişaf etməkdədir.

Milli komanda hazırda Dünya Çempionatının seçmə qrup mərhələsində C qrupunda dördüncü yerdədir və play-of mərhələsində oynaması üçün komandanın üç xala ehtiyacı var, Qarabağ və Qəbələ futbol klubları isə ötən illər ərzində Avropa Liqasının qrup mərhələsində çıxış edib.

"Kamerun komandası ilə oyuna hazırıq və futbol matçının başlamasını səbirsizliklə gözləyirik. Komandada yüksək əhval-ruhiyyə hökm sürür," -deyə baş məşqçi Yaşar Vahabzadə bildirib.

"Oyunların hər kəsi həyəcanlandırdığını təxmin etmək heç də çətin deyil, çünki sözügedən oyunlar doğma vətənimizdə keçirilir və biz qalib gəlmək arzusundayıq.

Yaxşı xəbərlərdən biri odur ki, komandada heç bir oyunçu zədə almayıb. Təlim prosesi problemsiz şəkildə davam edir."

B qrupunda isə keçən il Asiya Kuboku üçün kvalifikasiya qazanması hər kəs üçün sürpriz olan Fələstin komandası beynəlxalq turnirdə yarışır.

Bu ilin yay aylarında Asiya Oyunlarının mühüm seçim turları baş tutacaq, ölkələrin bir çoxu seçim turunu keçmək üçün güclü komandalar göndərib.

"Avqust ayında bizi Asiya Oyunlarının seçmə mərhələsi yarışları gözləyir və biz buna tam hazır olmaq istəyirik," deyə Fələstin komandasının rəhbəri İslam Maşarqah bildirib. Biz öz meydançamızda İordaniya, Tacikistan və Oman komandaları ilə qarşılaşacağıq. Burada Oman komandası ilə mübarizə aparacağımız ilk futbol oyunundan gözləntilərimiz yüksəkdir, daha sonra çox yaxşı komanda olan Əlcəzair yığması və Avropanın güclü komandalarından olan Türkiyə yığması ilə çətin oyunlar bizi gözləyir. Lakin biz onlarla mübarizə aparmağa hazırıq."

B qrupunun görüşləri ev sahiblərindən əvvəl qarşılaşacaq Əlcəzair və Türkiyə arasındakı matçla paytaxtın qərb hissəsində, Bayıl Arenada başlayacaq.

Daha sonra Bakıdan 40 kilometr məsafədə yerləşən Azal Arenada Fələstin komandası 2014-cü ildə birinci dəfə seçmə mərhələsinə çıxdığı Asiya Oyunlarında qalib gəldiyi görüşdən sonra Omanla ikinci dəfə qarşı-qarşıya gələcək.

Final qarşılaşması 21 may, bazar günü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək bu yarışın olduqca maraqlı olması gözlənilir. Tofiq Bəhramov adına Respublika Stadionu 1966-cı ildə Dünya Kuboku uğrunda Uembli stadionunda Qərbi Almaniya ilə qarşılaşan İngiltərə komandasının futbolçusu Cef Herstin het-trik qolunun qapı xəttini keçdiyini bildirmiş tanınmış azərbaycanlı hakimin adını daşıyır.

Bəhramov bu gün də Azərbaycanın futbol sahəsindəki ən tanınmış nümayəndəsi hesab olunur, ancaq Bakıda hər kəs gənc nəslin nümayəndələrinin növbəti iki həftə ərzində bu sahədə fərqlənə biləcəklərinə ümid edir.