08.05.2017 09:56
2053
2053
“Spartak” Rusiya çempionu olub. Rusiya Premyer Liqasının XXVII turunda “Zenit”in öz meydanında “Terek”ə uduzandan sonra moskvalılar “qızıl medallar”ı təmin ediblər. Belə ki, çempionatın sonuna 3 tur qalmış həm 53 xallı MOİK-in, həm də 52 xalı olan “Zenit”in 63 xalı olan “qırmızılar”a çatmaq şansı qalmayıb. Moskvalılar sonuncu dəfə 2001-ci ildə - 16 il əvvəl birincilik sevinci yaşamışdılar.
Qeyd edək ki, bu, “Spartak”ın müstəqil Rusiya çempionatında 10-cu çempionluğudur. Paytaxt təmsilçisi bu sahədə mütləq rekordçudur. İkinci yerdə MOİK 6, üçüncü olan “Zenit” isə 4 dəfə Premyer Liqanın ən güclüsü olub.