bazar ertəsi, 12 yanvar 2026

BİZİM FUTBOL

İslamiada: ilk görüşün qalibi Mərakeş oldu

08.05.2017 11:40 Oxundu 2299

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına start verilib. Rəsmi açılış mərasimi mayın 12-də olacaq Oyunlarda U-23 millimiz ilk görüşünü Kamerunlu həmyaşıdlarına qarşı keçirəcək. Günə yığmamızın yer aldığı qrupun digər görüşü ilə start verilib. Səudiyyə Ərəbistanı komandası Mərakeşlə üz-üzə gəlib. Bu oyunda Mərakeş qalib gelib: 1:0.

18:30-da isə millimiz Kamerunu sınağa çəkəcək.

Bu gün həmçinin, B qrupunda da ilk turun qarşılaşmaları baş tutacaq. Əvvəlcə Əlcəzairlə Türkiyə münasibətlərini aydınlaşdıracaqlar. Daha sonra isə Fələstin – Oman matçı keçiriləcək.

İslam Həmrəylik Oyunları

Futbol

A qrupu

Səudiyyə Ərəbistanı – Mərakeş - 0:1

"AZAL Arena"

18:30. Azərbaycan – Kamerun

"Bayıl Arena"

B qrupu

Əlcəzair – Türkiyə - 0:0

"Bayıl Arena"

16:30. Fələstin - Oman

"AZAL Arena"