bazar ertəsi, 12 yanvar 2026

BİZİM FUTBOL

İslamiada: görüş qolsuz bərabərliklə başa çatıb

08.05.2017 19:57 Oxundu 1933

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına start verilib. Rəsmi açılış mərasimi mayın 12-də olacaq Oyunlarda U-23 millimiz ilk görüşünü Kamerunlu həmyaşıdlarına qarşı keçirib. Günə yığmamızın yer aldığı qrupun digər görüşü ilə start verilib. Səudiyyə Ərəbistanı komandası Mərakeşə məğlub olub - 0:1. 18:30-da isə millimiz Kamerun sınağına çıxıb. Görüş qolsuz bərabərliklə başa çatıb. Yaşar Vahabzadənin yetirmələri bir neçə epizodda qola yaxın olsalar da, qeyri-dəqiqlik milli üzvlərinin sevinməsinə imkan verməyib. Rəqibin də fərqlənmək üçün şansları olub. Bu vəziyyətlərdə isə qapıçı Şahruddin Məhəmmədəliyev etibarlı oynayıb.

Bu gün həmçinin, B qrupunda da ilk turun qarşılaşmaları baş tutub. Əvvəlcə Əlcəzairlə Türkiyəyə qalib gəlib - 2:1. Daha sonra isə Fələstin – Oman xalları bölüblər - 2:2.

İslam Həmrəylik Oyunları

Futbol

A qrupu

Azərbaycan – Kamerun - 0:0

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 9. Ağabala Ramazanov, 11. Mahir Mədətov, 15. Ruslan Abışov (k), 17. Mirabdulla Abbasov, 19 Məqsəd İsayev, 20. Azər Salahlı, 21. Vüqar Mustafayev

Ehtiyat oyunçular: 12. Tərlan Əhmədli (q), 22. Emil Balayev (q), 3. Azad Kərimov, 4. Adil Nağıyev, 7. Coşqun Diniyev, 8. Elşən Abdullayev, 10. Orxan Əliyev, 13. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 16. Elvin Camalov, 18. Tellur Mütəllimov, 23. Fəhmin Muradbəyli

Baş məşqçi: Yaşar Vahabzadə

"Bayıl Arena"

Səudiyyə Ərəbistanı – Mərakeş - 0:1

Qol: Çuaib Əl-Maftul, 76

"AZAL Arena"

Turnir cədvəli

N

Komanda

O

Q

H

M

T/F

X

1

Mərakeş

1

1

0

0

1:0

3

2

Kamerun

1

0

1

0

0:0

1

3

Azərbaycan

1

0

1

0

0:0

1

4

Səudiyyə Ərəbistanı

1

0

0

1

0:1

0

B qrupu

Əlcəzair – Türkiyə - 2:1

Qollar: Fared Əl-Məlali, 78; Ahmed Qaqaa, 90+4 (pen.) - Onur Eriş, 38

"Bayıl Arena"

Fələstin - Oman - 2:2

Qollar: Odal Əl-Dabbaq, 5, 54 - Marvan Taib Mübarək, 48, 86

"AZAL Arena"

N

Komanda

O

Q

H

M

T/F

X

1

Əlcəzair

1

1

0

0

2:1

3

2

Fələstin

1

0

1

0

2:2

1

3

Oman

1

0

1

0

2:2

1

4

Türkiyə

1

0

0

1

1:2

0