bazar ertəsi, 12 yanvar 2026

DÜNYA FUTBOLU

Ameur Çafik: "Biz bura 2020-ci il Olimpiya Oyunları üçün təcrübə qazanmağa gəlmişik"

08.05.2017 20:08 Oxundu 2120

“Təşkilatçı ölkə ilə oynamaq çox xoş idi. Hər iki komanda qələbə qazanmaq üçün bütün səylərini səfərbər etdilər". Bunu 23 yaşadək futbolçulardan ibarət Kamerun milli komandasının baş məşqçisi Riçard Tova deyib.

IV İslam Həmrəyliyi Oyunlarının qrup mərhələsi çərçivəsində Azərbaycan yığması ilə 0:0 hesablı heç-heçədən sonra açıqlama verən mütəxəssis fikirlərini bölüşüb.

O, matçı yüksək qiymətləndirdiklərini söyləyib: "Azərbaycan yığması taktiki və müdafiə baxımından bizə problem yaratdı. Qol vurmaq üçün bir neçə imkanımız oldu. Bu gün Azərbaycanın da oyunun gördüm, qrupdakı digər komandaların da. İndidən şanslar barədə heç nə demək olmaz. Komandamız 18-20 yaşlı gənclərdən təşkil olunub. Bu cür matçarda səhvləri görüb, nəticə çıxardırıq".