bazar ertəsi, 12 yanvar 2026

DÜNYA FUTBOLU

Aziz Yıldırım növbəti dəfə cəzalandırılıb

09.05.2017 09:40 Oxundu 2058

“Fənərbaxça” klubunun prezidenti Aziz Yıldırım növbəti dəfə cəzalandırılıb. "apasport"un məlumatına görə, o, bu dəfə Türkiyə Basketbol Federasiyasının (TBF) İntizam Komitəsinin qərarına əsasən cərimələnib.

Belə ki, TBF “Yaxın Doğu Universiteti” - “Fənərbaxça” basketbol klubları arasındakı oyun zamanı baş verən insidentə hüquqi qiymət verib. Qadın komandalar arasında pley-off oyununda protokol tribunasında yaşanan qalmaqal səbəbindən Yıldırım 6 ay müddətinə diskvalifikasiya edilib. O, həm də 40 min lirə cərimələnib.

“Yaxın Doğu Universiteti” basketbol komandasının prezidenti İşık Eyigüngör də 1 ay müddətinə diskvalifikasiya edilib. O, 7500 lirə cərimələnib.

Qeyd edək ki, basketbol qarşılaşmasından əvvəl “Fənərbaxça” və “Yaxın Doğu Universiteti” komandalarının prezidentləri arasında insident baş verib. “Fənərbaxça” prezidenti Aziz Yıldırım həmkarını sillə ilə vurub. Bunun ardınca hər iki prezident və onlarla birlikdə olan şəxslər arasında dava düşüb.

“Yaxın Doğu Universiteti” komandasının prezidenti Anadolu prokurorluğuna şikayət edib. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.