bazar ertəsi, 12 yanvar 2026

DÜNYA FUTBOLU

İlk finalçının adına Turində aydınlıq gələcək

09.05.2017 09:50 Oxundu 1877

Bu gün Çempionlar Liqasında yarımfinalın cavab oyunlarına start veriləcək. İlk finalçının adına Turində aydınlıq gələcək. Səfərdə “Monako” üzərində 2:0 hesablı qələbə qazanmış “Yuventus” doğma azarkeşlər önündə əlinə düşən fürsətdən yararlanmağa çalışacaq. “Qoca sinyora”nı böyük ehtimalla finalda hesab etmək də olar.

“Monako” da cari mövsümdə əla formadadı. “Knyazlıq klubu” Liqa 1-in XXXVI turunda səfərdə “Nansi”dən güclü olub – 3:0. Əsasən hücum oyunçularına güvənən fransızları müdafiəsi ilə dünyada məşhur olan italiyalılara qarşı bu dəfə o qədər də şanslı saymaq olmaz.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi, cavab oyunu

9 may

22:45. “Yuventus” (İtaliya) – “Monako” (Fransa)

Baş hakim: Byörn Kuypers (Hollandiya)

İlk oyun – 2:0