bazar ertəsi, 12 yanvar 2026

DÜNYA FUTBOLU

Matiç: "Bizə 3 xal lazımdır"

09.05.2017 13:51 Oxundu 1923

"Çelsi"nin yarımmüdafiəçisi Nemanya Matiç İngiltərə çempionatının 36-cı turunda "Midlsbro" ilə görüşdən sonra təəssüratlarını bölüşüb. Qeyd edək ki, "qırmızı şeytanlar"ın 3:0 hesabı ilə qalib gəldikləri bu oyunda serbiyalı futbolçu da rəqib qapısına yol tapıb (Qollar: Dieqo Kosta, 23, Mark Alonso, 34, Matic, 65).

O deyib: "Mən qol vurmaq üzrə maşın deyiləm. Mən, sadəcə, meydandanda bacardığımı etməyə çalışıram. Mən dayaq yarımmüdafiəçisisəyəm. Qol vurmaq imkanım olanda da ondan yararlanmağa çalışıram. Mən çox şadam ki, oğlum məndən bir daha soruşmayacaq: "Atacan, bəs sən nə vaxt qol vurursan?" Bizim qarşıda hələ üç oyunumuz var, bizə isə çempion olmaq üçün 3 xal lazımdır. Bəli, bizim 5-ci dəfə çempion olmaq imkanımız var".

Onu da qeyd edək ki, bu qələbədən sonra "Çelsi" xallarının sayının 84-ə çatdırıb. Premyer Liqanın lideri ən yaxın izləyicisi "Tottenhem"i 7 xal qabaqlayır. Bu isə o deməkdir ki, "Çelsi" 3 oyunda 1 qələbə qazanacağı halda, çempionluğunu rəsmiləşdirəcək.