bazar ertəsi, 12 yanvar 2026

DÜNYA FUTBOLU

Advokat Hollandiya millisinə başçılıq edəcək

09.05.2017 14:33 Oxundu 2037

Niderland Futbol İttifaqı ölkə yığmasının yeni baş məşqçisinin adını açıqlayıb. Bu, hazırda “Fənərbağça”nın baş məşqçisi olan Dik Advokatdır. 69 yaşlı D. Advokat “Fənərbağça”dan aydıldıqdan sonra iyun ayından etibarən Hollandiya millisinə başçılıq edəcək və Dünya çempionatının seçmə mərhələsinin sonunadək vəzifəsini icra edəcək. Əfsanəvi futbolçu Rud Qullit onun köməkçisi olacaq. Qeyd edək ki, D. Advokat Hollandiya yığmasında 5 dəfə işləyib, bunlardan 3-ündə assistent kimi çalışıb.