1972
İtaliyanın idman naziri Luka Lotti “Yuventus”un UEFA Çempionlar Liqasının finalına çıxması ilə bağlı fikirlərini bölüşüb. O deyib: “Yuventus”un finala çıxması İtaliya üçün uğurdur. Biz hamımız bu komandanın bu nailiyyətinə sevinirik. Yeri gəlmişkən, mən özüm “Milan”ın azarkeşiyəm. Amma hansı komandaya azarkeşlik etməyimizdən asılı olmayaraq, bütün İtaliya finalda “Yuventus”u dəstəkləməlidir”.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal qarşılaşmaları çərçivəsində keçirilən cavab oyunuda Turinin “Yuventus” klubu öz meydanında turnirin sürprizi Fransanın “Monako” kollektivini 2:1 hesabı məğlub edib. “Yuventus”un heyətində Mandzukiç və Dani Alveş fərqləniblər, “Monako”nun yeganə qoluna isə Mbappe imza atıb.
İlk matçda səfərdə rəqibini 2:0 hesabı ilə məğlub edən “Qoca sinyora” finala vəsiqə qazanıb.
İtaliyalıların finaldakı rəqibi bu gün oynanılacaq “Atletiko”-”Real” qarşılaşmasından sonra müəyyənləşəcək.