bazar ertəsi, 12 yanvar 2026

DÜNYA FUTBOLU

Buffon azarkeşlərə təşəkkür edib

10.05.2017 08:34 Oxundu 1945

UEFA Çempionlar Liqasının yarımfinal qarşılaşmaları çərçivəsində keçirilən cavab oyunuda Turinin "Yuventus" klubu öz meydanında turnirin sürprizi Fransanın "Monako" kollektivini 2:1 hesabı məğlub edib. İlk matçda səfərdə rəqibini 2:0 hesabı ilə məğlub edən "Qoca sinyora" finala vəsiqə qazanıb. Oyun başa çatandan sonra stadionda maraqlı an yaşanıb. Belə ki, "Yuventus"un və rəqib komandanın oyunçuları meydanı tərk etsələr də, Buffon heç yerə tələsməyib. Meydançada tək qalan Buffon tribunalardakı azarkeşlərə tərəf qaçıb və möhtəşəm dəstəyə görə onlara özünəməxsus şəkildə minnətdarlığını bildirib.