bazar ertəsi, 12 yanvar 2026

DÜNYA FUTBOLU

Buffon ikinci “yüzlüy”ü yarılayan 10-cu futbolçu oldu

10.05.2017 10:30 Oxundu 1671

Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində “Monako” ilə cavab görüşü “Yuventus”un qapıçısı Canluici Buffon üçün əlamətdar olub. "apasport"un məlumatına görə, təcrübəli əlcək sahibi avrokuboklarda yubiley – 150-ci oyununu keçirib. İtaliyalı qolkiper ikinci “yüzlüy”ü yarılayan 10-cu futbolçu kimi tarixə düşüb. Buffon ingiltərəli Ceymi Karragerlə 9-10-cu yerləri bölüşür.

Onlardan öndəki 8 pillədə isə İker Kasilyas (175), Paolo Maldini (174), Xavi (173), Klarens Zeedorf (163), Raul (161), Xavyer Zanetti (160), Rayan Qiqqz (159), Pepe Reyna (155) qərarlaşıb.

Azərbaycan futbolçuları arasında mütləq rekord Rəşad Sadıqova məxsusdu. Azərbaycan millisinin kapitanı avrokuboklarda 82 matça çıxıb. O, “Neftçi”, “Qarabağ” və “Kayserispor”da qitə miqyaslı turnirlərdə iştirak edib. Müdafiəçi Çempionlar Liqasında 18, Avropa Liqasında 54, İntertoto kubokunda 10 görüşdə meydana çıxıb. Rekordçumuzun hesabında 7 qol var.