bazar ertəsi, 12 yanvar 2026

DÜNYA FUTBOLU

"Biz azarkeşlərimizlə birgə eyni qayıqdayıq"

10.05.2017 13:31 Oxundu 1800

Bu gün Çempionlar Liqasında (ÇL) ikinci finalçının da adı müəyyənləşəcək. İlk görüşdə 3:0 hesablı qələbə qazanan "Real" "Atletiko" ilə bu dəfə "Visente Kalderon"da üz-üzə gələcək. Matçdan öncə "Real"ın baş məşqçisi Zinəddin Zidan bu matçla bağlı fikirlərini açıqlayıb:"İlk oyunda qeydə alınan nəticə şansımızı artırır. Lakin buna fikir verməməliyik. "Visente Kalderon"a da qələbə üçün çıxacağıq. Yəni "Real" ideal futbol göstərməklə finalçı olacaq".

O daha sonra deyib: "Biz azarkeşlərimizlə birgə eyni qayıqdayıq. Hər bir oyun bizim üçün önəmlidir. Doğrudur, ilk oyunda biz qalib gəlmişik. Lakin bu gün elə oynayacağıq ki, keçirdiyimiz matçlar geridə qalacaq. Bizim öz silahımız var, onların da öz silahı. Təbii ki, "Atletiko" qalib gəlməyə çalışacaq. Biz isə ilk oyunda əldə etdiyimiz qələbəni cavab matçında da qazanmaq istəyirik"