bazar ertəsi, 12 yanvar 2026

DİGƏR NÖVLƏR

Qadın həndbolçularımız ikinci oyunda da qalib gəldilər

10.05.2017 16:33 Oxundu 1760

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları davam edir. A qrupunda Azərbaycanın qadın həndbolçuları özbəkistanlı rəqibləri ilə qarşılaşıblar. Oyun millimizin 47:21 hesablı qələbəsi ilə başa çatıb. Bundan əvvəl millimiz Kamerun yığmasına 28:26 hesabı ilə qalib gəlmişdi. Digər oyunda isə Türkiyə Kamerundan güclü olub.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

II tur

Özbəkistan – Azərbaycan – 21:47 (9:23)

Hakimlər: Viktoriya Alpaidze, Tatyana Berejkina (hər ikisi Rusiya)

“Sərhədçi” Olimpiya İdman Mərkəzi

Azərbaycan: 1. Səbinə Nuriyev, 72. Natalya Qayoviç, 2. Anna Həmidova, 3. Marina Tankaskaya, 7. Anastasiya Metelska, 9. İrina Qasımov, 10. Anna Burova, 13. Mariya Raçitelyeva, 14. Sakinat Abasova, 22. Yekaterina Artamanova, 27. Oksana Orexova, 28. Yekaterina Peçe, 33. İrina Klimenko, 44. Alla Çernişova

Kamerun – Türkiyə - 31:33 (16:19)

Ölkə

O

Q

H

M

T

X

Azərbaycan

2

2

0

0

75-47

4

Türkiyə

2

2

0

0

70-52

4

Kamerun

2

0

0

2

57-61

0

Özbəkistan

2

0

0

2

42-84

0