bazar ertəsi, 12 yanvar 2026

DÜNYA FUTBOLU

Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək

11.05.2017 09:25 Oxundu 1881

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Bununla Stokholmdakı final matçına yollanacaq komandalar müəyyənləşəcək. Əslində, həlledici qarşılaşmada üz-üzə gələcək komandalar böyük ölçüdə bəllidi. Belə ki, ilk görüşlərə əsasən “Mançester Yunayted” və “Ayaks”ın finala çox yaxın olduğunu söyləmək olar. “Selta” üzərində İspaniyada 1:0 hesablı qələbə qazanan “Mançester Yunayted” bu dəfə rəqibini “Old Trafford”da qəbul edəcək. Heyətlə bağlı ciddi problemlər yaşayan baş məşqçi Joze Mourinyo bu görüşdə Zlatan İbrahimoviç, Markos Roxo, Luk Şou, Eşli Yanq kimi əsas heyət üzvlərinin xidmətindən məhrum olacaq.

Digər cütlükdə isə ilk oyunun nəticəsi hər kəsin təəccübünə səbəb olmuşdu. 1/4 finalda “Beşiktaş”ı çətinliklə mübarizədən kənarlaşdıran “Lion” “Ayaks”la duelin favoriti hesab edilsə də, Amsterdamdakı ilk raundda hollandlar finalın qapısını aralamağı bacarıblar. İndi Fransa təmsilçisi 1:4 hesablı məğlubiyyətin əvəzini çıxmaq, yəni geridönüş etmək məcburiyyətindədi.

UEFA Avropa Liqası

Yarımfinal mərhələsi, ilk oyunlar

11 may

23:05. “Mançester Yunayted” (İngiltərə) – “Selta” (İspaniya)

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

Mançester. “Old Trafford” stadionu

İlk oyun – 1:0

23:05. “Lion” (Fransa) - “Ayaks” (Hollandiya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

Lion. “Stad de Luymer”

İlk oyun – 1:4