bazar ertəsi, 12 yanvar 2026

DÜNYA FUTBOLU

Zidan ümidsiz danışdı

11.05.2017 09:57 Oxundu 1819

İspaniya mətbuatınin verdiyi məlumata görə, "Atletiko" - "Real" (2:1) matçından sonra mətbuat konfransı keçirilib. "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının yarımfinalında "Atletiko" ilə cavab oyunundan danışarkən deyib ki, güclü futbolçulardan ibarət heyətə sahibəm: "Onların sayəsində Çempionlar Liqasında finala yüksəldik. Növbəti dəfə finalda olduğumuz üçün xoşbəxtəm". İki oyununun nəticəsinə (3:0, 1:2) əsasən, finala çıxan "kral klubu"nunun baş məşqçisi "Yuventus"a qarşı finalın möhtəşəm olacağını söyləyib. O həmçinin qeyd edib ki, "Yuventus"la oyunda onun komandası heç də favorit deyil.

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone isə Çempionlar Liqasının yarımfinalında "Real"la cavab oyunundan sonra bildirib ki, komandası ilə qürur duyur: "Finala çıxmağa yaxın idik, amma Keylor Navas buna imkan vermədi",

Qeyd edək ki, ÇL-in finalı iyunun 3-ü keçiriləcək.