bazar ertəsi, 12 yanvar 2026

DÜNYA FUTBOLU

FİFA 2026-cı il dünya çempionatı ilə bağlı qərar verib

11.05.2017 17:26 Oxundu 1923

Ali futbol qurumu FİFA Bəhreyndə keçirilən Konqresində 2026-cı il dünya çempionatı ilə bağlı qərar verib. "apasport"un saytının məlumatına görə, bu qərar ilk dəfə 48 ölkənin qatılacağı mundialın final mərhələsinin ev sahibinin seçilməsi ilə bağlıdı.

Yarışı qəbul edəcək ölkə və ya ölkələrin adları 2018-ci ilin iyununda Rusiya paytaxtı Moskvada təşkil olunacaq Konqresdə müəyyənləşəcək. Konqres təşkilatçılıq istəyində olanlara vaxt da verib.

Belə ki, Afrika (KAF), Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi (KONKAKAF), Cənubi Amerika (KONMEBOL) və Okeaniya (OFK) ölkələri mundial arzusunu avqustun 11-dək FİFA-ya çatdırmalıdı. DÇ-2018 və DÇ-2022-nin keçirildiyi Avropa və Asiya bu dəfə kənarda qalacaq.

Amma Moskvada keçiriləcək Konqres ev sahibi ilə bağlı qərar verə bilməsə, yəni namizədləri bunun üçün məqbul saymasa, seçim daha iki il yubanacaq. Çünki artıq UEFA və AFK təmsilçilərinə də namizədlik vermək imkanı yaradılacaq və yekun qərar 2020-ci ildə açıqlanacaq.

Qeyd edək ki, hələlik DÇ-2026-ya yalnız bir namizəd var. Bu da ABŞ, Meksika və Kanadanın müştərək ev sahibliyi etmək istəyir. Konqres bu namizədliyi qəbul edib.