11.05.2017 17:33
3034
3034
"Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayevin köməkçisi müəyyənləşib. Novruz Əzimov əsas komandanın məşqçisi vəzifəsinə təyin olunub. 1982, 1985-1989 və 1991-1992-ci illərdə "Neftçi”nin heyətində 146 oyun keçirib, 5 qol vurmuş Əzimov Azərbaycan çempionudur (1992). "Kəpəz” və AZAL klublarında məşqçi kimi çalışmış mütəxəssis "Bakı”nın baş məşqçisi, məşqçisi və idman direktoru vəzifələrini yerinə yetirib. Baş məşqçi kimi Azərbaycan kubokunun qalibi olub (2011/2012).
Qeyd edək ki, “Neftçi” mayın əvvəlində köməkçi məşqçilər İqor Getman və Aleksandr Deriberinlə yollarını ayırmışdı.