bazar ertəsi, 12 yanvar 2026

DİGƏR NÖVLƏR

İslamiada: qadın həndbolçularımız yarımfinalda

11.05.2017 17:47 Oxundu 1687

IV İslam Həmrəyliyi Oyunlarında qadın həndbolçuların yarışında uğurlu çıxışını davam etdirən Azərbaycan millisi qrup mərhələsinin sonuncu oyununda da qələbə qazanıb.Qadın həndbolçularımız qrupda sonuncu görüşdə Türkiyə millisi ilə üz-üzə gəliblər.

Gərgin idman mübarizəsi şəraitində keçən ilk hissədə milli komandamız üstün olub - 10:8. Matçın ikinci hissəsində həndbolçularımız rəqibin inadlı müqavimətini qıraraq qələbəni təmin ediblər - 17:14. Beləliklə, oyunda 27:22 hesabı ilə qalib gələn Azərbaycan milli komandası qrup mərhələsində maksimum nəticə göstərərək yarımfinala yüksəlib.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən matçı rumıniyalı hakimlər briqadası idarə edib.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları mayın 13-də keçiriləcək.

İslam Həmrəyliyi Oyunları

Həndbol, qadınlar

Qrup mərhələsi, III tur

Azərbaycan – Türkiyə - 27:22 (10:8)

Hakimlər: Diana Floresku, Anamariya Stoya (hər ikisi Rumıniya)

“Sərhədçi” Olimpiya İdman Mərkəzi

Azərbaycan: 1. Səbinə Nuriyeva, 72. Natalya Qayoviç, 2. Anna Həmidova, 3. Marina Tankaskaya, 7. Anastasiya Metelska, 9. İrina Qasımova, 10. Anna Burova, 13. Mariya Raçitelyeva, 14. Sakinat Abasova, 22. Yekaterina Artamanova, 27. Oksana Orexova, 28. Yekaterina Peçe, 33. İrina Klimenko, 44. Alla Çernişova

Özbəkistan – Kamerun – 25:41 (7:18)

Yer

Komanda

O

Q

H

M

T

X

1

Azərbaycan

3

3

0

0

102-69

6

2

Türkiyə

3

2

0

1

92-79

4

3

Kamerun

3

1

0

2

98-86

2

4

Özbəkistan

3

0

0

3

67-125

0