bazar ertəsi, 12 yanvar 2026

DİGƏR NÖVLƏR

İslamiada: Ağır atletlər başlayırlar

12.05.2017 10:17 Oxundu 1830

IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika yarışlarının vaxt cədvəli və iştirakçıların tam siyahısı müəyyənləşib. Azərbaycan Ağır Atletika Federasiyası xəbər verir ki, yarışlarda körpücük üzərinə 21 ölkədən 130 idmançı çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyətlə (8 qadın və 8 kişi) qatılacaq.

Ağır Atletika Akademiyasında keçiriləcək yarışlara çəkisi 56 kiloqram olan kişilərin mübarizəsi ilə start veriləcək. Birinci sessiya mayın 13-də saat 12:00-da başlayacaq. Bu çəkidə Azərbaycan yığma komandasının bir üzvü – Elmar Alıyev medal mübarizəsinə qoşulacaq.

Ağır atletika yarışları mayın 13-17-də hər gün saat 12:00-da başlayacaq. Mayın 14-də iki, digər günlərdə isə üç qrupda (çəkidə) qaliblər müəyyən ediləcək.