2365
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında kişilərin həndbol yarışlarında növbəti matçlar keçirilib.A qrupunda yarışımış və 3-cü olmuş millimiz də 5-ci yer uğrunda mübarizə aparıb. Keçirdiyi 3 matçın 2-də məğlub olaraq mükafatlardan əlini üzmüş yığmamız təsəlli görüşündə B qrupunun üçüncüsü Mərakeşlə qarşılaşıb. Heç bir əhəmiyyət kəsb etməyən oyun Hikmət Abdullayevin yetirmələrinin qələbəsi ilə başa çatıb. Mərakeşə 31:25 hesabı ilə qalib gələn yığmamız 5-ci yeri tutub. Beləliklə, İslamiadanın rəsmi startı verirməmiş Azərbaycan ilk üzüntüsünü yaşayıb. Həndbolçularımız yarışda çıxışını vaxtından əvvəl bitiriblər. Qrup sonuncuları Pakistanla İordaniya isə öz aralarında 7-ci yerlərin sahiblərini müəyyənləşdiriblər. Birincilər 33:31 hesabı ilə qalib gəliblər.
İslam Həmrəyliyi Oyunları
Həndbol, kişilər
5-ci yer uğrunda
Azərbaycan – Mərakeş - 31:25 (15:11)
7-ci yer uğrunda
İordaniya – Pakistan - 31:33 (14:18)