cümə axşamı, 23 aprel 2026

BİZİM FUTBOL

Rüfət Məmmədov aprel ayının ən gözəl qolunun müəllifi oldu VİDEO

12.05.2017 15:41 Oxundu 1896

Futbol üzrə Azərbaycan I Divizionunun 2016/2017-ci illər mövsümündə aprel ayının ən gözəl qolunun müəllifi müəyyənləşib. Peşəkar Futbol Liqasının azarkeşlər və jurnalistlər arasında keçirdiyi sorğunun nəticəsinə əsasən “Qaradağ Lökbatan”ın futbolçusu Rüfət Məmmədov bütün rəqiblərini böyük ölçüdə üstələyib. Azarkeşlər və jurnalistlərin seçimində eyni futbolçu 1-ci olduğu üçün qaydalara əsasən Peşəkar Futbol Liqası səsvermə hüququndan istifadə etməyib. Beləliklə, Rüfət Məmmədov I Divizionda aprel ayının ən gözəl qolunun müəllifi kimi tarixə düşüb.

r