13.05.2017 00:22
1985
1985
“Çelsi” klubu İngiltərə Premyer Liqasında 2016/2017 mövsümünün qalib olub. Antonio Kontenin komandası bunu mövsümün sonuna iki tur qalmış bacarıb. Səfərdə “Vest Bromviç”lə qarşılaşan London təmsilçisi matçın 82-ci dəqiqəsində Mişi Batşuayın yeganə qolu ilə qalib gəlib. Bununla da ən yaxın izləyicisi “Tottenhem”i 10 xal qabaqlayan “zadəganlar” çempionluğunu rəsmiləşdirib.
İngiltərə Premyer Liqası
XXXVII tur
12 may
“Everton” – “Uotford” - 1:0
Qol: Barke, 56
“Vest Bromviç” – “Çelsi” - 0:1
Qol: Batşuay, 82
c