2063
Mayın 13-də Heydər Əliyev adına İdman Sarayında qadınlar arasında cüdo yarışlarına start verilib. 57 kiloqram çəki dərəcəsində çıxış edən Kifayət Qasımova mərakeşli Yousra El Bouhaırıya ipponla qalib gələrək növbəti mərhələyə yüksəlib.
Azərbaycanın qadın cüdoçusu Xanım Hüseynova "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsinə vəsiqə qazanıb. Dörddəbir finalda tükmənistanlı rəqibi Ayna Jumakulyeva üzərində təmiz qələbə qazanan Xanım Hüseynova növbəti mərhələyə yüksəlib. Cüdoçuzmuzun yarımfinaldakı rəqibi tunisli Məryəm Bjaoui olacaq.
Azərbaycanın qadın cüdoçusu Aişə Qurbanlı isə IV İslam Həmrəyliyi Oyunlarının finalına vəsiqə qazanıb. 48 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz iordaniyalı Aiah Kitanehi ipponla məğlubiyyətə uğradıb.
48 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz Erdenebat Bazarraqça ilk mərhələdə Qazaxıstan idmançısı Saltanat Sultanbekova ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş təmsilçimizin qələbəsi ilə başa çatıb.