1999
Qadın həndbolçuların Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında finalçılar müəyyənləşib. Azərbaycan yığması da həlledici qarşılaşmaya vəsiqə qazanıb. Yarımfinalda Özbəkistanı 42:25 hesabı ilə darmadağın edən yığmamız yarışın həlledici qarşılaşmasında oynamaq hüququ qazanıb. Turnirdə keçirdiyi bütün görüşlərdə qələbə qazanan millimizin finaldakı rəqibi Türkiyə olacaq. “Ay-ulduzlular” yarımfinalda Kameruna qalib gəlib – 34:18. Azərbaycan və Türkiyə milliləri arasında final sabah keçiriləcək. Qızıl medallar uğrunda qarşılaşma saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Kamerun və Özbəkistan yığmaları 3-cü yer uğrunda görüşdə üz-üzə gələcək.
İslam Həmrəyliyi Oyunları
Həndbol, qadınlar
1/2 final
Azərbaycan – Özbəkistan – 42:25 (24:13)
Türkiyə - Kamerun – 34:18 (16:7)