bazar ertəsi, 12 yanvar 2026

DÜNYA FUTBOLU

4-cü appeninli

14.05.2017 15:17 Oxundu 1844

Tarixində 6-cı dəfə İngiltərə çempionu olan "Çelsi"nin baş məşqçisi Antonio Konte Premyer Liqada tarixə düşüb. Təcrübəli mütəxəssis debüt mövsümündə Premyer Liqanın qalibi adını qazanan 4-cü məşqçi adına yiyələnib.

Joze Mourinyo 2004/05, Karlo Ançelotti 2009/10, Manuel Pelleqrini 2013/14 mövsümlərində eyni uğura sevinib.

Kontenin imza atdığı daha bir "4" isə italiyalı məşqçilərin adı ilə bağlıdı. O, Premyer Liqada çempion olan 4-cü appeninlidi. Ona qədər Karlo Ançelotti, Roberto Mançini və Klaudio Ranyeri bu uğura sevinib

Konte həm də baş məşqçi kimi 4-cü çempionluğunu yaşayıb. O, 2011/12, 2012/13 və 2013/14 mövsümlərində İtaliya "Yuventus"u ilə qızıl medala yiyələnib.