bazar ertəsi, 12 yanvar 2026

DİGƏR NÖVLƏR

İslamiada: Yarışların ikinci günündə Azərbaycanın ilk qızıl medalını Mehdiyev qazanıb

14.05.2017 18:01 Oxundu 1711

Mayın 14-də Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci günündə Azərbaycanın ilk qızıl medalını Məmmədəli Mehdiyev qazanıb. Yarışda 90 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində Məmmədəli Mehdiyev finalda Əlcəzair təmsilçisi Abderrahmane Benemadi üzərində ipponla qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gənclər arasında Avropa birinciliyinin, Ümumdünya Tələbə Universiadasının bürünc medalçısı olan Məmmədəli Mehdiyev Qran-pri və “Böyük dəbilqə” turnirlərinin qalibi və mükafatçısıdır. O, həmçinin Avropa kubokunda birinci yerin sahibi olub.