bazar ertəsi, 12 yanvar 2026

BİZİM FUTBOL

Klublarımızın "bazarlığı"

15.05.2017 10:02 Oxundu 1930

Azərbaycanda 2016-17 mövsümü başa kimi Premyer Liqa klubları transfer çalışmalarına start veriblər. Transfer fəaliyyətinə ən sürətli start götürən komanda “Sumqayıt”dı. Transfer qadağası olan “İnter”lə yanaşı, “Qəbələ” və “Zirə” hələ yeni transfer etməyib.

“Qarabağ”

Gələn: Abbas Hüseynov (“İnter”)

Gedənlər: İlyas Səfərzadə (“Kəpəz”), Boyan Şaranov, Vüqar Nadirov

Müqavilə müddətini artıranlar: Əfran İsmayılov, Qara Qarayev

“Qəbələ”

Gələn: Yusif Nəbiyev (“Sumqayıt”: icarədən qayıdıb)

Gedənlər: Teo Uiks (“Ermis”: icarə müddəti başa çatıb), Daniel Subotiç, Məhəmməd Mirzəbəyov

Müqavilə müddətini artıranlar: Roman Qriqorçuk (baş məşqçi), Dmitri Bezotosnı, Elvin Camalov, Vitali Vernidub, Cavid Hüseynov, Asif Məmmədov

“İnter”

Gələn: yoxdu

Gedənlər: Abbas Hüseynov (“Qarabağ”), Səlahət Ağayev (“Neftçi”)

Müqavilə müddətini artıranlar: Nizami Hacıyev, Tərlan Quliyev, Samir Zərgərov, Slavik Alxasov, Pərdis Fərcad-Azad, Elnur Abdullayev, Mirsahib Abbasov, İlkin Qırtımov, Denis Silva, Fuad Bayramov, Adrian Skarlatake, Məmməd Quliyev, Orxan Sadıqlı

“Zirə”

Gələn: yoxdu

Gedənlər: Cavid Tağıyev (“Sumqayıt”), Migel Lorenzo (“Vitoriya”, Portuqaliya: icarə müddəti başa çatıb), Tural Cəlilov ("Kəpəz"), Yamin Ağakərimzadə

Müqavilə müddətini artıranlar: Elvin Məmmədov, Kamal Bayramov, Anar Nəzirov, Sadiq Quliyev, Təmkin Xəlilzadə

“Kəpəz”

Gələnlər: İlyas Səfərzadə (“Qarabağ”), Kamran Abdullazadə (“Sumqayıt”), İlkin Sadıqov (“Turan Tovuz”), Tural Cəlilov ("Zirə")

Gedənlər: Tural Axundov, Vüqar Bəybalayev (hər ikisi “Sumqayıt”), Dario Federiko, Nicat Qurbanov, Tural Qürbətov, Eyyub Əliyev, Tural Nərimanov

Müqavilə müddətini artıranlar: Davud Kərimi, Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, Kərim Diniyev, Orxan Əliyev, Ceyhun Cavadov, Tural Rzayev

“Sumqayıt”

Gələnlər: Tural Axundov, Vüqar Bəybalayev (hər ikisi “Kəpəz”), Cavid İmamverdiyev (“Neftçi”), Cavid Tağıyev (“Zirə”), Kamal Mirzəyev (AZAL)

Gedənlər: Mirabdulla Abbasov (“Neftçi”: icarə müddəti başa çatıb), Kamran Abdullazadə ("Kəpəz"), Yusif Nəbiyev (“Qəbələ”: icarə müddəti başa çatıb), Məhəmməd Qurbanov, Ayaz Mehdiyev, Mikayıl Rəhimov, Tərlan Əhmədli, Nasir Abilayev, Seymur Əsədov

Müqavilə müddətini artıranlar: Fərhad Vəliyev, Rail Məlikov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə

“Neftçi”

Gələnlər: Səlahət Ağayev (“İnter”), Mirabdulla Abbasov (“Sumqayıt”: icarədən qayıdıb)

Gedənlər: Cavid İmamverdiyev (“Sumqayıt”), Mahir Şükürov (karyerasını bitirib), Jairo Rodriges, Maksim Vaylo, Kamal Qurbanov, Murad Ağayev

Müqavilə müddətini artıranlar: Elxan Abdullayev (baş məşqçi), Tərzin Cahangirov, Elvin Bədəlov