15.05.2017 10:11
1997
1997
"Real"ın forvardı Kriştiano Ronaldo üçün La Liqanın 37-ci turunda "Sevilya" ilə oyun əlamətdar olub. Belə ki, bu qarşılaşmada dubla imza atan portuqaliyalı hücumçu Madrid klubunda 391-ci matçında 400-cü qolunu vurub. Qeyd edək ki, Ronaldo 281 qol La Liqada, 22 qol İspaniya kubokunda, 88 qol Çempionlar Liqasında, 9 qol isə digər yarışlarda vurub.
Əlavə edək ki, "Real" - "Sevilya" matçı meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb