2004
IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında ilk yarımfinalçılar müəyyənləşib. “AZAL Arena”da Oman millisi Əlcəzair yığması ilə qarşılaşıb. Moldovalı baş hakim Andrey Çebanın idarə etdiyi oyunun 40-cı dəqiqəsində Oman millisinin üzvü Muhsen Əl-Qassani hesabı açıb. Matçın 46-cı dəqiqəsində əlcəzairli Tayeb Mezaiani hesabı bərabərləşdirib. İkinci hissədə komandaların cəhdlərinə baxmayaraq hesab dəyişməyib və matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
“Bayıl Arena”da təşkil olunan digər oyunda isə Türkiyə və Fələstin yığmaları üz-üzə gəliblər. Görüşə fəal başlayan Fələstin millisi oyunun 23-cü dəqiqəsində Oday Dabbaq, dörd dəqiqə sonra Mohammed Maraaba və 33-cü dəqiqədə İslam Batranın qolları hesabda önə çıxıb. Görüşün 44-cü dəqiqəsində türkiyəli futbolçu Can Hakki Aksu fərqlənib və oyunun birinci hissəsi Fələstin yığmasının 3:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
Matçın 63-cü dəqiqəsində Melih Okutan və 71-ci dəqiqəsində Taylan Antalyalı rəqib qapısına yol taparaq hesabı bərabərləşdiriblər. Qarşılaşmanın 81-ci dəqiqəsində Can Hakki Aksu dubl etməklə Türkiyə millisinin 4:3 hesablı qələbəsini rəsmiləşdirib.
Hesabında 7 xal olan Əlcəzair millisi “B” qrupunun lideri kimi yarımfinala vəsiqə qazanıb. Oman millisi (5 xal) qrup ikincisi kimi mərhələ adlayıb. Türkiyə 3 xalla üçüncü, Fələstin isə 1 xalla sonuncu pillədə qərarlaşıb.
B qrupu
Türkiyə – Fələstin - 4:3
Qollar: Hakkı Can Aksu, 44, 81; Melih Okutan, 63; Onur Eriş, 70 - Oday Əl Dabbaq, 22; Mohammed Maraaba, 29; İslam Batran, 33
Oman – Əlcəzair - 1:1
Qollar: Muhsin Əl Qassani, 40 - Tayeb Meziani, 45
|
N |
Komanda |
O |
Q |
H |
M |
T/F |
X |
|
1 |
Əlcəzair |
3 |
2 |
1 |
0 |
4-2 |
7 |
|
2 |
Oman |
3 |
1 |
2 |
0 |
6-5 |
5 |
|
3 |
Türkiyə |
3 |
1 |
0 |
2 |
7-8 |
3 |
|
4 |
Fələstin |
3 |
0 |
1 |
2 |
5-7 |
1 |