1868
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarında qrup mərhələsində milli komandamız son oyununda Mərakeş yığması ilə üz-üzə gələcək. İlk görüşündə Kamerunla qolsuz bərabərliyə qalıb, ikinci matçda Səudiyyə Ərəbistanına qalib gələn yığmamıza qrupdan çıxmaq üçün 1 xal da kifayət edir. Buna baxmayaraq, Yaşar Vahabzadənin yetirmələri doğma divarlar arasında qrupu lider kimi tamamlamaq istəyirlərsə, qalib gəlməyə borcludular.
Mərakeş yığmasının da bizim kimi 4 xalı var və 2 xala sahib Kamerunun digər matçda Səudiyyə Ərəbistanı önündə qazanacağı mümkün qələbə ilə qrupda qalmaq təhlükəsi var. Bu səbəbdən afrikalılar millimizə qarşı mütləq qələbə əzmi ilə çıxacaqlar.
İslam Həmrəylik Oyunları
Futbol
III tur
A qrupu
18:30. Mərakeş – Azərbaycan
18:30. Kamerun – Səudiyyə Ərəbistanı
|
N |
Komanda |
O |
Q |
H |
M |
T/F |
X |
|
1 |
Azərbaycan |
2 |
1 |
1 |
0 |
2:0 |
4 |
|
2 |
Mərakeş |
2 |
1 |
1 |
0 |
2:1 |
4 |
|
3 |
Kamerun |
2 |
0 |
2 |
0 |
1:1 |
2 |
|
4 |
Səudiyyə Ərəbistanı |
2 |
0 |
0 |
2 |
0:3 |
0 |