cümə axşamı, 23 aprel 2026

BİZİM FUTBOL

“Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsindən azad edilib

15.05.2017 17:18 Oxundu 1892

Avropa Liqasının 2017/18 mövsümünün komanda bölgüsündə dəyişiklik edilib. apasport-un məlumatına görə, bunlar Azərbaycan klublarına da təsirsiz ötüşməyib. Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsindən azad edilib. Təmsilçimiz yarışa II raunddan başlayacaq. Buna ölkəmizin UEFA reytinqində 26-cı yerdə qərarlaşması səbəb olub. Qitə futbol qurumu 25-26-cı yerlərdə olan iki ölkənin kubokunun sahibinə II təsnifat mərhələsindən mübarizəyə qoşulmaq hüququ verib. 25-ci sırada Şotlandiya, 26-cı yerdə isə Azərbaycan qərarlaşıb. Azərbaycan kubokunun sahibi dubla imza atan “Qarabağ” olduğundan bu güzəşt gümüş mükafatçıya tətbiq edilib.