16.05.2017 11:06
1989
1989
Amil Yunanov 2015/2016 mövsümündən "Sumqayıt" Futbol Klubunda çıxış edir. 6 yanvar 1993-cü ildə Tovuzda dünyaya gələn 24 yaşlı futbolçu "Sumqayıt" FK-nın heyətində Premyer Liqada ümumilikdə 49 qarşılaşmada meydana çıxıb. 9 nömrəli hücumçu arxada qalan mövsümdə klubun heyətində 23 qarşılaşmada 1306 dəqiqə meydanda olub.
Amil Yunanov 2015/2016 mövsümündə 12, 2016/2017 mövsümündə isə 6 qola imza atıb. Futbolçu başa çatan mövsümün son turunda vurduğu qolla "Sumqayıt" FK-nın ev oyunlarında vurduğu 100-cü qolun müəllifi olub.
Qeyd edək ki, Amil Yunanov "Sumqayıt" FK-dan başqa, kareyerası ərzində "Qəbələ" və "Neftçala"nın şərəfini qoruyub.